"Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan köməkçisi Qaqik İsaxanyanı “dörd günlük işgüzar səfərlə” Qarabağa niyə göndərib? Görünür, Paşinyan bununla həm Qarabağdakı ermənilərin, həm Azərbaycanın, həm də Rusiyanın nəbzini yoxlamaq istəyir".
Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Paşinyan keçmiş illərdə nə vaxt kefi istədi özü gələrdi Qarabağa, ancaq müharibədən sonra bu gəlişin ciddi risqləri var və özü də bunu anlayır: Pepperoni pizza
"Birincisi, Qarabağ ermənilərinin əksər hissəsi müharibədəki məğlubiyyətə görə Paşinyanı günahkar sayırlar və onun Xankəndiyə gəlişi etirazla qarşılanacaq. İkincisi, Paşinyan Xankəndiyə səfər məsələsində Moskvadan da asılıdır, Kremlin icazəsi alınmalıdır. Üşüncüsü, Paşinyanın Xankəndiyə mümkün təxribatçı səfərinə Azərbaycanın da reaksiyası həlledici olacaq. Bütün bunları nəzərə alan Paşinyan özündən əvvəl köməkçisini göndərir ki, Qarabağ ermənilərinə bununla “mən sizi unutmamışam” demək istəyir".
"Rusiyanın və Qarabağ ermənilərinin Paşinyanın Xankəndiyə mümkün “səfərinə” reaksiyası bizi az maraqlandırmalıdır. Söz sahibi biz olmalıyıq və indidən həm Moskvaya, həm də İrəvana mesaj göndərməliyik ki, Nikol Paşinyan Xankəndiyə gələrsə bu bölgədəki vəziyyəti gərginləşdirəcək və Azərbaycanı müvafiq addımlar atmağa məcbur edəcək. Bu açıqlamanı rəsmilərimiz və ya Xarici İşlər Nazirliyimiz bəyanat formasında indidən səsləndirməlidirlər ki, Moskva və İrəvan hesablarını götürsünlər, əks halda erməni rəsmiləri sərhəddimizi pozmaqda davam edəcəklər", - deyə E.Şahinoğlu qeyd edib.
Telegram kanalımız