“Həm Rusiya, həm də Ukrayna ilə ticarət artıb“ - Çin rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Həm Rusiya, həm də Ukrayna ilə ticarət artıb“ - Çin rəsmisi

Dünya

13 Aprel 2022 17:17 726


“Çinin həm Rusiya, həm də Ukrayna ilə ticarəti bu ilin birinci rübündə artıb”.

Yenisabah.az “Radio Liberty”ə istinadla xəbər verir ki, bu barədə bu gün Çin Baş Gömrük İdarəsinin sözçüsü Li Kuven məlumat verib.

“Gömrük statistikasına əsasən, bu ilin birinci yarısında Çindən Rusiyaya ixrac və idxal 243 milyard yuan, Ukraynadan isə 29,5 milyard yuandan çox olub. İki ölkə ilə ticarət davam etdirilir və ildən-ilə artmağa meyllidir. Dominos pizza

Çinin Rusiya ilə ticarət dövriyyəsi birinci rübdə 38 milyard dollardan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 28% çoxdur.

Ukrayna ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 8% artaraq 4 milyard 600 milyon dollardan çox olub”.

Li Kuven qeyd edib ki, gömrük orqanları Çin, Rusiya, Ukrayna və digər əlaqəli ölkələrlə normal iqtisadi-ticari əməkdaşlığa xidmət etməyə davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!