HƏMAS-ın yeraltı tunellərində israilli girovun meyitini tapdı 

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS-ın yeraltı tunellərində israilli girovun meyitini tapdı 

Dünya

25 Dekabr 2023 09:40 467


İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərində 5 israilli girov cəsədinin tapıldığını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, məlumata görə, ölənlər arasında 3 hərbçi də var. 

Cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. Qeyd olunub ki, "strateji tunellər şəbəkəsi” aşkar edilib.  pizza hut

Şəbəkə iki səviyyədən ibarət olub. Birincisi 10 metr dərinlikdə, ikincisi isə onlarla metr dərinlikdə yerləşib. Dərinlikdə silahlar və onların istehsalı üçün infrastruktur aşkar edilib. İnfrastruktur dağıdılıb. 

Girovların ölüm şəraiti məhkəmə-tibb ekspertlərinin təhlilindən sonra müəyyən edilərək elan ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!