HƏMAS İsrailin şərtlərini qəbul etmədi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS İsrailin şərtlərini qəbul etmədi

Dünya

08 Mart 2024 12:35 578


HƏMAS İsrailin köçkünlərin Qəzza zolağının şimalına qayıtması ilə bağlı şərtlərini rədd edib.

Yenisabah.az Əl-Ərəbiyyə-yə istinadla xəbər verir ki, HƏMAS-ın qarşı tərəfin şərtlərini qəbul etməməsi İsrailin gənc əhalinin (45 yaşdan aşağı) Qəzza zolağının şimalına qayıtmasına icazə verməməsi ilə bağlıdır.

Qruplaşma İsraildən qoşunlarını bölücü xəttdən kənara çəkməyi tələb edir və bunu vasitəçilər müəyyənləşdirməlidir. pizza mizza

Öz növbəsində, İsrail HƏMAS-ın bir sıra şəxslərin azadlığa buraxılması tələblərini yerinə yetirməkdən imtina edib.

Bundan əvvəl HƏMAs-ın nümayəndə heyəti İsraillə danışıqlardan sonra atəşkəslə bağlı məsləhətləşmələr aparmaq üçün Qahirəni tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!