“Həmin obyekti görk üçün saxlamaq vacibdir” – Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“Həmin obyekti görk üçün saxlamaq vacibdir” – Elçin Şıxlı

Siyasət

25 Avqust 2021 13:16 1820


30 ildən sonra 44 günlük müharibə ilə azad etdiyimiz torpaqlarımıza qovuşduq. Həmin ərazilər artıq abadlaşdırılır. Ermənilərin viran qoyduğu məkanlardan əsər-əlamət qalmayacaq. Lakin həm gələcək nəsillərin həm də bütün dünyanın erməni vəhşiliyini görməsi üçün  azad edilmiş rayonlarda müəyyən ərazilər sübut olaraq saxlanıla bilərmi?

Yenisabah.az-a açıqlamasında Azərbaycan Jurnalitlər Birliyinin sədri Elçin Şıxlı Ağdamda olan Dram Teatrı, Çörək muzeyi erməni vəhşiliyinin sübutu olaraq saxlanılmasını təklif edib:

“Azad edilmiş ərazilərdə hər bölgədən bir rayonu sübut olaraq saxlamağa ehtiyac yoxdur. Sadəcə olaraq azad edilən rayonlarda məhv olan hansısa tikilini, obyekti görk üçün saxlamaq vacibdir. Dördpendirli pizza

Məsələn Ağdamda Dram Teatrı, Çörək Muzeyi var idi. Həmin yerlərin ancaq divarları qalıb. Elə o divarları saxlamaq ən böyük sübutdur. Səyahət edən turistlər görsün ki, biz necə tikimişdik ermənilər necə darmadağın ediblər”.

E.Şıxlı bu cür hadisələrin yalnız Azərbaycanda olmadığını qeyd edib: “Bu hadisələr tək Azərbaycana aid deyil. Məsələn Qərbi Berlində 1944-45-ci ildə İnglis və Amerika aviasiyası tərəfindən darmadağın edilən bir kilsə hələ də saxlanılıb. Bütün dünya o vəhşiliyi kimin etdiyini bilir və şahidi olur.

Azərbaycanda da bütöv bir rayonu dağıdılmış halda saxlamaq lazım deyil. Bizim köçkün və qaçqınlarımız geri qayıtmalıdır. Rayonlarda yerləşən xüsusi yerləri muzey, eksponat kimi saxlamaqlıyıq ki, turistlər, gələcək nəsillər erməni vəhşiliyinin şahidi olsun”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!