“Həmin üzdəniraqlar öz əxlaqsızlıqlarını xəstəlik kimi qələmə verir”

saytların hazırlanması

Evə çatdırılma

“Həmin üzdəniraqlar öz əxlaqsızlıqlarını xəstəlik kimi qələmə verir”

Siyasət

26 Avqust 2021 07:46 3069


"Birmənalı olaraq, transgenderlərin cəzalandırılmasının, ölkədə əxlaq polisinin yaradılmasının tərəfdarıyam. Belə üzdəniraqların nəinki özlərinin siyasi partiya yaratması, heç başqa partiyalara üzv olması da lazım deyil. Allah eləməsin ki, eləsi gəlib mənim partiyama üzv olmaq istəsin".

“Yeni Sabah” xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli tranagenderlərin Bakıda ötən gün baş tutan aksiyası barədə danışarkən deyib.

Deputat transgendərləri "üzdəniraq" adlandırıb: “Onlar barədə mövqeyim dəyişməzdir: "Həmin üzdəniraqlar öz əxlaqsızlıqlarını bioloji xəstəlik kimi qələmə verirlər. Mən bununla qətiyyən razı deyiləm. Çox yaxşı bilirəm, bu, siyasi-ideoloji xətdir və Azərbaycanı içəridən məhv etməyə yönəldilib. Sovet dövründə bu, cinayət əməli hesab edilirdi. Tərəfdarıyam ki, belə şəxslər cəzalandırılsın və məsələ ilə bağlı Cinayət Məcəlləsində müvafiq maddələr əlavə edilsin.  Sezar pizza

Onların hansı hüquqlarını müdafiə etməliyik ki?! Transgendərlər öz əxlaqsızlıqlarını liberal azadlıq kimi təqdim edirlər. Bu, mənim cəmiyyətimə, dinimə və mənəviyyatıma ziddir. Təəssüf edirəm ki, Azərbaycanda bir sıra mənfi tendensiyalar - transgendərlik, narkomaniya genişlənib. Belə vəziyyətdə cəmiyyətin gələcəyinə ümid etmək olmaz".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ələsgər Ələsgərov
    Bunlar Əli Kərimlinin xəstəsidir. Onların kökünü kəsmək lazımdır
    5 years ago