“Gorus-Qafan yolunun bağlanması mümkün düzgün qərarlardan biridir. Bu məsələyə geniş kontekstdən yanaşılması daha doğru olardı. Ümumiyyətlə qəbullanmaq lazımdır ki, Ermənistan hakimiyyəti müharibədən sonra yaranmış vəziyyətdə maksimum hiyləgərliklə, bir sıra məsələləri Rusiyanın öhdəsinə verməklə faktiki olaraq müstəqil dövlət funksiyalarının bir sıra hissələrinin məsuliyyətindən kənarlaşmağa çalışır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib. “Turan”ın canlı efirində qonaq olan İsa Qəmbərin sözlərinə görə sülh və sərhədlərin müəyyənləşdirilməsi üçün başqa istiqamətdə də lazımi addımlar atmamaq üçün bu cür hiyləgərliklər olacaq:
“Belə şəraitdə təbii ki, Azərbaycan tərəfi də öz maraqlarını qorumaq naminə addımlar atmalıdır. Konseptual yanaşma budursa, Azərbaycanın həmin kontekstdə yolun bağlanması düzgün addımdır. pizza hut
Çünki bu absurd bir şeydir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan tərəfi zamanında Azərbaycan ərazilərində öz maraqları üçün istifadə ediblər, yollar çəkiblər. Ermənistan Respublikasının ərazisinə aid bölgələr arasında olan yolların bir hissəsi Azərbaycan ərazisindən keçir. Müharibədən sonra Azərbaycan özünün Ermənistanla sərhədlərinə çıxanda hay-həşir salırlar ki, azərbaycanlılar bizim yaşayış məntəqəmizə yaxınlaşıblar. Müxtəlif provakasiyalar edirlər. Azərbaycan əsgərinin yaralanması da həmin provakasiyalardan biridir. Belə bir şəraitdə Azərbaycan tərəfinin yolu bağlaması və Ermənistana həddini bildirməsi düzgün, kontekstə uyğun addımdır”.
Yolun əhəmiyyətindən danışan İsa Qəmbər qeyd edib ki, bu yolun İranın əsas xətlərindən biri olduğunu nəzərə alsaq, eyni zamanda Ermənistan daxili gediş-gəlişinin də intensivliyi vacibliyini artırır: “Bölgədə yaşayan ermənilər də bu yoldan istifadə edirlər. Ona görə də o yolun bağlanmasının onlar üçün yaratdığı problemlər anlaşılandır.
Amma eyni zamanda yenə də bunu deməmək olmur ki, Ermənistanda nə dərəcədə məsuliyyətsiz bir hakimiyyət mövcuddur. Torpaqlarımızı işğal etdikləri vaxtlarda yollar çəkib, istifadə ediblər. İndi vəziyyət dəyişib. Müharibənin bitməsindən az qala 1 ilə yaxın zaman keçib, o müddət ərzində Ermənistan öz yollarından münasib bir xətlər çəkməli idi. Təmir aparmalı idi. Yolları təkminləşdirə bilərdilər.
O qədər məsuliyyətsiz bir hakimiyyət var, sanki hər şeyin öz-özünə həll olunacağını gözləyirlər. Rusiya onlara borcludur, bütün problemlərini həll etməyə. Azərbaycan sanki onlara borcludur. Onlar ərazilərimizi iddia edəcəklər, biz də onların istəyinə sakit cavab verəcəyik. Belə bir mənasız dövlətdirlər.
Ona görə də Ermənistanın yanaşmasını heç bir şəkildə məqbul hesab etmirəm. Və sadəcə olaraq hər dəfə problem yarananda çətin vəziyyətdə olduqalrını dərk edirlər. Onlar özlərini regional proseslərdən, proyektlərdən də təcrid ediblər. Qonşularla münasibətləri məhdudlaşdırıblar. Hər dəfə belə bir problem çıxanda hay-həşir salırlar. Ancaq dərk etmək istəmirlər ki, yaranan problemlər onların özlərinin apardığı uzun müddətli və hazırki qısa müddətli yanlış siyasətin nəticələridir”.
Telegram kanalımız