“Hərbçilərə bu vəhşiliyi Kreml aşılayır“ - İllarionov

saytların hazırlanması

Evə çatdırılma

“Hərbçilərə bu vəhşiliyi Kreml aşılayır“ - İllarionov

Dünya

20 Aprel 2022 10:45 516


"Nəyə görə rus əsgərləri Ukraynada vəhşi heyvanlar kimi davranırlar?"

Yenisabah.az "Glavred"ə istinadla xəbər verir ki, bunu rusiyalı iqtisadçı, Vaşinqtondakı Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi, İqtisadi Təhlillər İnstitutunun prezidenti Andrey İllarionov deyib.

O bildirib: "Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin talanının miqyası vəhşiliklə diqqəti cəlb edir. Onlar tualet unitazları, it yuvaları və hətta zivədən tuman oğurlayıblar". Marqarita pizza

2014-cü ildən "LiveJournal"da “Rusların dərdi nədir?" rubrikası ilə gündəlik qeydlərini yazan A. İllarionov əlavə edib:

"Təəssüf ki, bütün bunlar Rusiya cəmiyyətinin böyük bir hissəsinin dünyagörüşündən, psixoloji və davranış vəziyyətindən xəbər verir. Söhbət bütün Rusiya cəmiyyətindən deyil, lakin onun böyük hissəsindən gedir. Onun nə hüquq, nə də sivil cəmiyyətdə davranış haqqında təsəvvürü var”.

A. İllarionovun fikrincə, bu qanmazlıq təsadüfi deyil, onu indiki Rusiya rəhbərliyi aşılayır və dəstəkləyir. Rusiya hərbçilərinin Ukraynada müşahidə olunan davranışı 2008-ci ildə Gürcüstanda, Suriyada, Çeçenistanda və İkinci Dünya müharibəsi illərində Avropada müşahidə olunub.

Başqa ölkələrin hərbi qulluqçularının bu cür davranışı, bir qayda olaraq, ciddi şəkildə cəzalandırılır. Əksər sivil ölkələrdə talançıların cəzası ölüm hökmüdür. Amma Rusiya silahlı qüvvələrində buna nəinki icazə verilir və mükafatlandırılır və stimullaşdırılır.

Bu, indiki Rusiya Federasiyasının ərazisində milyonlarla insanın qanundan böyük sapması, onların kütləvi kriminal davranışı və müvafiq olaraq, Rusiyada bu gün mövcud olan siyasi rejimin aradan qaldırılması zərurətindən xəbər verir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!