Hərbi dairə rəhbəri Rusiyanın planını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi dairə rəhbəri Rusiyanın planını açıqladı

Dünya

22 Aprel 2022 14:08 481


"Bu həftə başlayan xüsusi əməliyyatın ikinci mərhələsində Rusiya ordusu Donbas və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməyi, Krıma quru dəhlizi təmin etməyi planlaşdırır".

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Mərkəzi Hərbi Dairə komandanı səlahiyyətlərini icra edən Rüstəm Minnekaev deyib. 

"“Xüsusi əməliyyat"ın ikinci mərhələsi başlayandan, - o, cəmi iki gün əvvəl başlayıb, - Rusiya ordusunun vəzifələrindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarəti qurmaqdır. Bu, Krıma quru dəhlizi təmin edəcək, həmçinin Ukrayna iqtisadiyyatının mühüm obyektlərinə təsir göstərəcək”, - deyə Minekeyev vurğulayıb. pizza sifarişi

Mərkəzi Hərbi Dairə komandanı bildirib ki, Rusiya ordusunun Ukraynanın cənubuna nəzarəti həm də Dnestryanı əraziyə çıxış imkanı yaradacaq: 

"Ukraynanın cənubuna nəzarət Dnestryanıya başqa çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırılması faktları var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!