Hərbi komissara 4 ay həbs - İttiham məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Hərbi komissara 4 ay həbs - İttiham məlum oldu

Kriminal

24 Oktyabr 2024 16:20 774


İmişli rayonunun saxlanılmış hərbi komissarı Xəyyam Babayevə irəli sürülən ittihamlar məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib. pizza

Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!