Hərbi Məhkəmə polkovnikin oğlunu sərbəst buraxdı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi Məhkəmə polkovnikin oğlunu sərbəst buraxdı

Kriminal

22 Noyabr 2024 11:54 980


Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun həbsdəki oğlu Rəşid Kələntərov ev dustaqlığına buraxılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Müttəhimin istintaqdan yayınma fikrinin olmaması və ziyanı ödəmək niyyəti əsaslı hesab edilib. Sezar pizza

Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin təkrar rüşvətalma və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq maddəsi ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!