Heydər Əsədov deputat olmaq iddiasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əsədov deputat olmaq iddiasından danışdı

Siyasət

19 İyul 2019 16:33 1630


Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə məlumat yayıb. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da deputat olmaq iddiasına düşdüyü bildirilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əsədov isə Reyting.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu deyib:

"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm. Bu barədə ilk dəfə sizdən eşidirəm. Axı, indi parlament seçkiləri keçirilmir ki, mən də bu seçkilərdə iştirak etmək barədə düşünüm. Axı, seçki yoxdur ki, mənim də fikrim ya ola, ya olmaya...”.  Sezar pizza

H. Əsədov bu məlumatın harada və kimlər tərəfindən yayılmasından da xəbərsiz olduğunu bildirib: “Ay qardaş, mən bunu səndən eşidirəm. Şayiələrdir, belə söhbətlərə inanmayın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!