Hicran Hüseynova Fransadakı villa iddiası barədə: Sənəd göstərsinlər

saytların hazırlanması

Evə çatdırılma

Hicran Hüseynova Fransadakı villa iddiası barədə: Sənəd göstərsinlər

Sosial

16 Oktyabr 2024 14:37 537


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mətbuatda bacısı ilə birgə Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, komitə sədri bu məlumatın həqiqətəuyğun olmadığını deyib.

H.Hüseynova bildirib: "Sənəd göstərəydilər ki, villa mənim adımadır. Boş-boş danışıqlar kimə lazımdır?! Özündən sensasiya yaradan insanlardır". Dördpendirli pizza

Bir müddət öncə, araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb ki, Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirirlər. Onun sözlərinə görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!