Hikmət Hacıyev Brüsseldə Qroqoryanla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Brüsseldə Qroqoryanla görüşəcək

Siyasət

25 Sentyabr 2023 15:56 485


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviri Saymon Mordu Ermənistan, Azərbaycan, Fransa və Almaniya nümayəndələri ilə görüş keçirəcək.

Yenisabah.az Guardian-a istinadla xəbər verir ki, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak edəcək.

Avropa rəsmisinin sözlərinə görə, görüşün məqsədi mövcud vəziyyətin qiymətləndirilməsi və gələn həftə liderlərin Qrenadada mümkün görüşünə hazırlıqdır. pizza

Görüş Brüsseldə baş tutacaq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev toplantıda iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!