Hazırkı geosiyasi vəziyyətdə şadıq ki, əlaqələrimiz müdafiə sahəsində də inkişaf edir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha martın 14-də Yerevanda keçirilən “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” biznes-forumu zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan və Hindistan arasında siyasi münasibətlər möhkəm əsasa malikdir və xalqlar arasında uzunmüddətli əlaqələrə əsaslanır. Marqarita pizza
Səfir Ermənistan-Hindistan iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edən siyasi əlaqələrin vacibliyini qeyd edib:
“Ölkələrimiz ümumi demokratik və mədəni dəyərləri bölüşür. Bu, əlaqələrimizi daha da gücləndirir. Hindistanlı tələbələrin və işçilərin Ermənistanda olması da əməkdaşlığa zəmin yaradır”.
Telegram kanalımız