Hindistanda gündə 2 milyon ton kömür yandırılır

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda gündə 2 milyon ton kömür yandırılır

Dünya

01 İyun 2022 16:08 790


Hindistan hökuməti yaxın vaxtlarda yanacaq qıtlığının qarşısını almaq və ehtiyatları artırmaq üçün Rusiya və bir sıra digər ölkələrlə kömür idxalının artırılması ilə bağlı danışıqlara başlaya bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mint” nəşri hökumətdəki mənbələrinə istinadən yazır.

“Hökumət yaxın vaxtlarda Rusiya, Avstraliya, İndoneziya və Cənubi Afrika ilə danışıqlara başlaya bilər ki, bu da dövlətə məxsus “Coal India Ltd” şirkətinə ölkənin elektrik stansiyalarında yanacaq qıtlığı və ehtiyatların yaranmasının qarşısını almaq üçün ucuz qiymətə kömür idxalına yardım edəcək”. pizza hut

Nəşrin məlumatına görə, mümkün hökumətlərarası danışıqlar Xarici İşlər, Maliyyə, Kömür Sənayesi və Energetika nazirlikləri, həmçinin “Coal India Ltd”nin himayəsi altında keçiriləcək.

Nəşr qeyd edir ki, Hindistan kömək üçün başqa ölkələrə müraciət etmək istəyir:

“Çünki yerli kömür tədarükü elektrik stansiyalarının gündəlik tələbatını ödəmir və iyundan sentyabr ayına kimi yağışlı mövsümdə kifayət qədər ehtiyat yaradır. Hökumət ehtiyat edir ki, kömür ehtiyatlarının çatışmazlığı sentyabr və oktyabr aylarında daha əhatəli enerji böhranına səbəb ola bilər. Hindistanın digər ölkələrdən kömür idxalına tələbatı da elektrik enerjisinin kəsilməsi fonunda elektrik enerjisinə tələbatın kəskin artması, o cümlədən həddindən artıq istilər səbəbindən yaranıb”.

Qəzet xatırladır ki, Hindistanda elektrik stansiyaları elektrik enerjisi istehsal etmək üçün gündə təxminən 2 milyon ton kömür yandırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!