“Hizbullah” Livanla sərhəddə İsrail hərbi postunu atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

“Hizbullah” Livanla sərhəddə İsrail hərbi postunu atəşə tutdu

Dünya

02 Dekabr 2023 09:47 647


“Hizbullah” partiyasının silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib. 

Bu barədə birləşmələrin “Telegram” kanalında yerləşdirilmiş bəyanatında bildirilir.

Qeyd olunur ki, müqavimət döyüşçüləri Cəl əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. Hücumun nəticələri barədə məlumat verilmir. Marqarita pizza

Raketlər Livanın cənubundan hava hücumu sirenlərinin səsləndiyi Menara, Şlomi, Marqaliot və Kiryat-Şmona yəhudi yaşayış məntəqələri yaxınlığındakı İsrail mövqelərinə doğru atılıb.

Həmçinin, Əl-Mərc sərhəd bölgəsində və Ramim kazarmasında İsrail patruluna da zərbələr endirilib. Yaraqlılar düşmən sıralarında ölən və yaralananların olduğunu iddia edirlər.//Oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!