Hollandiya Rumıniyaya əsgər göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Hollandiya Rumıniyaya əsgər göndərdi

Dünya

20 Aprel 2022 17:50 364


Hollandiya NATO-nun döyüş qrupuna qoşulmaq üçün Rumıniyaya təxminən 200 hərbçi göndərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Hollandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı açıqlamaya görə, Hollandiya hərbçiləri yayda Rumıniyanın mərkəzi hissəsindəki Çinku hərbi bazasında yerləşdiriləcək: pizza

“Onlar bir il ərzində NATO-nun avanqard qrupunun bir hissəsi olacaqlar. Qrupa Fransa rəhbərlik edəcək və 900-ə yaxın əsgər hərbi bazada yerləşəcək. Məqsəd Hollandiya hərbçilərinin Rumıniyada qalması və oradakı hərbi təlimlərdə iştirak etməklə, NATO-nun əks-tədbirlərini gücləndirməkdir”.

Müdafiə Nazirliyi, həmçinin, onu da vurğulayıb ki, alyansın şərq qanadının gücləndirilməsi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı fonunda baş verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!