Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanıldı

Kriminal

01 İyun 2024 18:41 784


Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5 320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov Hövsan qəsəbəsində saxlanılıb. pizza mizza

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Fəttahovun əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!