Hücuma məruz qalan jurnalistə bağl nazirə müraciət olundu

saytların hazırlanması

Evə çatdırılma

Hücuma məruz qalan jurnalistə bağl nazirə müraciət olundu

Hadisə

10 May 2022 17:01 210


Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev naməlum şəxsin hücumuna məruz qalan jurnalist Aytən Məmmədova ilə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Yenisabah.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli, cənab nazir! Dördpendirli pizza

2022-ci il mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edilməsi dərin narahatlıq yaradır. Jurnalist Aytən Məmmədova mediaya verdiyi məlumatda bildirir ki, yaşadığı binanın blokunda naməlum şəxs onun ardınca liftə daxil olub və üzərinə bıçaq çəkib. Həmin şəxs Aytən Məmmədovanın boğazına bıçaq çəkərək hədələyib, “ağıllı olmağı” bildirib və qızı ilə təhdid edib.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir.

İctimai Şura Daxili İşlər Nazirliyinin Aytən Məmmədovaya qarşı hücum hadisəsinə dərhal reaksiya verərək, ilkin araşdırmaya başlamasını Nazirliyin məsələyə xüsusi həssaslıqla yanaşmasının təzahüri kimi qiymətləndirərək həmin şəxsin tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi üçün bundan sonra da bütün mümkün addımların atılmasının vacibliyini qeyd edir.

İctimai Şura bu məsələni daim diqqətə saxlamaqla və öz səlahiyyətləri daxilində obyektiv və hərtərəfli araşdırma aparılması, ictimaiyyətin məlumatlandırılması üçün səy göstərəcəkdir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!