Hulusi Kılıç yeni kitabından gələn gəliri YAŞAT fonduna hədiyyə edir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Kılıç yeni kitabından gələn gəliri YAŞAT fonduna hədiyyə edir - Foto

Siyasət

24 İyun 2021 20:48 1015


Onlarla televiziya və saytlara müsahibə verən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Hulusi Kılıçın adına kitab nəşr edilib. Toyuqlu pizza

İkinci Qarabağ Müharibəsi zamanı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç media cəbhəsində mübarizə aparıb.

Onlarla televiziya və saytlara müsahibə verən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Hulusi Kılıçın adına kitab nəşr edilib. Toyuqlu pizza

“44 gün Vətən Müharibəsi” adlı 152 səhifədən ibarət kitabda diplomatın müsahibələri yer alır. Hulusi Kılıç bildirib ki, kitabdan gələn gəlir şəhid və qazi ailələrinə yardım məqsədi ilə sərf ediləcək.

“Can Azərbaycanımızın ikinci Qarabağ müharibəsi zamanı media cəbhəsində yer aldım. Müharibə vaxtı və sonrasında yazdığım yazılar bir kitabda toplanıb. Kitabın ilk tirajı 20 iyun tarixində işıq üzü görüb. İyul ayının 10-dan Bakıda satışa çıxacaq. Əldə ediləcək gəliri isə şəhid və qazi ailələrinə yardım üçün yaradılan YAŞAT fonduna ianə etməyə qərar verdim”, - deyə, H.Kılıç əlavə edib.

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!