Hüseynbala Mirələmovdan “video qalmaqalı” ilə bağlı yeni açıqlama:   Kağız axtarırmış...

saytların hazırlanması

Evə çatdırılma

Hüseynbala Mirələmovdan “video qalmaqalı” ilə bağlı yeni açıqlama: Kağız axtarırmış...

Siyasət

27 Aprel 2021 19:23 3500


Sabiq deputat Hüseynbala Mirələmov məlum “video qalmaqalı” ilə bağlı yeni açıqlama verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hüseynbala Mirələmovla danışan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkədə paylaşım edib.

Redaktorun sözlərinə görə, Mirələmov bildirib ki, əslində heç də hamının başa düşdüyü kimi qeyri-əxlaqi hərəkət etməyib, əli ilə xanım köməkçisinə bilməyərəkdən toxunub: Marqarita pizza

“İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə dair mövqeyini soruşdum... Bu "Facebook" istifadəçiləri onu əməlli-başlı çaşdırıblar.

Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pistəşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış... Bunu da mərdimazarlar videoqeydə alıb, sosial şəbəkələrdə pis mənada yayımlayıblar... Məsələ belədir!”.

Xatırladaq ki, H.Mirələmov məlum video yayılandan sonra Neft və Sənaye Universitetindəki kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib. Eyni zamanda, YAP sıralarından da xaric olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!