Husi PUA-ları daha 2 tankerə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Husi PUA-ları daha 2 tankerə hücum etdi

Dünya

24 Dekabr 2023 10:31 570


Qırmızı dənizin cənubunda iki tanker Yəmən husiləri tərəfindən buraxılan pilotsuz təyyarələr tərəfindən hücuma məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

Norveç bayrağı altında üzən “Blaamanen” gəmisinin suda husilərə məxsus pilotsuz uçan aparat tərəfindən vurulduğunu, itki və dağıntı olmadığı bildirilir. Pepperoni pizza

Qabona məxsus Hindistan bayraqlı tanker olan ikinci gəminin pilotsuz təyyarə ilə vurulduğunu bildirsə də, tələfat və dağıntılar barədə məlumat verilmir.

Hücumlarla bağlı məlumat “təhdid siqnallarına cavab verən” Amerikanın “USS Laboon” esminesindən alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!