Husilər Səudiyyə hökumətini xəbərdar etdi

saytların hazırlanması

Evə çatdırılma

Husilər Səudiyyə hökumətini xəbərdar etdi

Dünya

25 Mart 2024 20:13 705


Səudiyyə Ərəbistanı ABŞ-a Yəmənə zərbələr endirməkdə kömək etsə, yenidən husi üsyançıları üçün hərbi hədəfə çevrilə bilər.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu Yəmən husilərinin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.

O bildirib: ki,“Biz Səudiyyə Ərəbistanına mesaj göndərmişik ki, əgər o, Amerika qırıcılarına Yəmənə qarşı təcavüz üçün öz ərazisindən və ya hava məkanından istifadə etməyə icazə verərsə, o, hədəf olacaq” pizza mizza

Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumət qüvvələrinə ölkənin bir hissəsinə nəzarət edən husilərlə ("Ənsarullah") qarşıdurmada dəstək verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!