Sosial şəbəkələrdə bir motosikletçinin İran prezidenti İbrahim Rəisinin kortejinə qoşulmağa cəhd edərkən qəza törətməsi barədə video yayımlanıb.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bu iddia qısa vaxt kəsimində xeyli paylaşım görüb.
İddiaya görə, administrasiya rəhbərini müşayiət edən təhlükəsizlik qüvvələrinin işə qarışması ilə motosikletçinin niyyəti baş tutmayıb. Qəzadan sonra naməlum şəxs hadisə yerindən qaçıb. Toyuqlu pizza
Rəsmi məqamlar məsələyə aydınlıq gətirərək məlum hadisənin bu gün baş vermədiyini açıqlayıblar. Verilən izahata görə, hadisə bir neçə gün əvvəl Teharının Vəliyyi-Əsr prospektində baş verib.
Naməlum motosikletçinin kortejə qoşulma cəhdi isə Venesuela prezidenti Nikolas Maduronun İranda səfərdə olduğu vaxta təsadüf edib.
Telegram kanalımız