İcbari tibbi sığorta ilə bağlı mühüm yenilik - Hansı dərmanlar pulsuz olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta ilə bağlı mühüm yenilik - Hansı dərmanlar pulsuz olacaq?

Sosial

09 Oktyabr 2024 20:55 1765


Xəbər verdiyimiz kimi, İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən olunacaq.

Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.

Onun sözlərinə görə, İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.  Pepperoni pizza

Əgər qərar təsdiq edilərsə, vətəndaşlar hansı dərmanları pulsuz əldə edə biləcəklər?

Məsələ ilə bağlı Yenisabah.az-a radioloq Aydın Əliyev bildirib ki, bu qərarın qəbul edilməsi təqdirəlayiqdir:

“Hansı dərman vasitələrinin xidmətlər zərfinə daxil olacağını indidən demək çətindir. Bunun daha dəqiq cavabını səlahiyyətlilər vətəndaşlara yəqin ki, qısa zamanda açıqlayacaqlar. Lakin bütün hallarda, dərman vasitələrinin də xidmətlər zərfinə əlavə edilməsi təqdirəlayiq haldır. İndiyə qədər məhdud şəkildə verilən preparatların siyahısı genişləndirilirsə, bu, yaxşıdır. Dərmanları da icbari tibbi sığortanın qarşılaması müsbət haldır.

Əlbəttə, daha yaxşı olar ki, xəstə stasionarda müalicə alarkən onun ehtiyacı olan, protokol üzrə müəyyən edilmiş preparatlar hamısı İcbari Tibbi sığorta tərəfindən qarşılansın. Beləcə müalicəyə aid olan preparatların hamısı tam şəkildə veriləcək. Bütün preparatlar qarşılanmasa, qismən qarşılansa belə, bu, müsbət haldır və vətəndaşlara yardımdır.

Stasionarda onsuz da bəzi dərman preparatları qarşılanırdı, böyük ehtimalla, bu preparatların siyahısı genişlənəcək. Mən eşitmişəm ki, ambulator müalicə ilə bağlı preparatların verilməsi fikri də var”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!