Beyləqanda Vətən Müharibəsi şəhidi Mayılxanlı İlqarın ildönümü qeyd edilib.
Yenisabah.az xəbər verir ki, şəhid Mayılxanlı İlqar Nadir oğlunun ildönümü Milabad qəsəbəsində, doğulub boya-başa çatdığı evində qeyd olunub.
Beyləqan RİH başçısı Əziz Əzizov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və RİH-in nümayəndələrinin iştirakı ilə şəhidin evində keçirilən mərasimdə iştirak edib, yaxınlarına baş sağlığı veriblər. Dördpendirli pizza
Şəhidin döyüşlər zamanı şəxsi igidliyi və şücaətindən danışan yaxınları onun qısa amma mənalı ömründə Vətənə olan sədaqətindən, Qarabağın azadlığı üçün arzusundan bəhs ediblər.
Rayon rəhbəri Əziz Əzizov şəhid İlqarın timsalında Vətən övladlarının qəhrəmanlığından danışaraq onların gələcək nəsil üçün nümunə olduğunu vurğulayıb, şəhidin yaxınlarına belə qəhrəman övlad böyütdüyü üçün təşəkkür edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Telegram kanalımız