İcra başçısı şəhidin anım mərasimində - FOTOLAR

İcra başçısı şəhidin anım mərasimində - FOTOLAR

Sosial Veb saytların hazırlanması

01 Dekabr 2023 17:32 601


Şəhid Məmmədov Murad Yaşar oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub. 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİB-nin müavinləri və şöbə müdirləri, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxunub.

Haqq dünyasına qovuşmuş Şəhidimizə allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov onun doğmalarına təskinlik verərək səbr diləyib, belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini bildirib.

Həmçinin, 278 saylı tam orta məktəbin şagirdləri şəhidimizin məzarı önündə şerlər səsləndiriblər.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, mayor Murad Məmmədov və daha 13 hərbçi şəhid olub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!