İcra başçısının oğlunu öldürənin cəzası 25 ilə endirildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının oğlunu öldürənin cəzası 25 ilə endirildi

Sosial

18 Mart 2021 16:24 1233


Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sözügedən Sərəncamla Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyevin ömürlük cəzası 25 ilə endirilib.

Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Dördpendirli pizza

Onu da əlavə edək ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar.

L. Quliyevə 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!