İran Moskvada törədilən terror aktından əvvəl Rusiyaya xəbərdarlıq edib.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bu, anonim 3 mənbənin iddiasıdır.
Onlardan birinin sözlərinə görə, "Crocus City Hall"da baş vermiş hadisədən bir neçə gün əvvəl Tehran Rusiya daxilində böyük terror aktı törədilməsi ilə bağlı məlumatları Moskva ilə bölüşüb və bu məlumat İranda ölümcül partlayışlarla bağlı həbs olunan şəxslərin dindirilməsi zamanı əldə edilib. Dördpendirli pizza
Xatırladaq ki, İranın Kəşfiyyat Nazirliyi Kirmanda törədilən terror hadisəsi ilə bağlı bir sıra İŞİD liderlərinin həbs olunduğunu açıqlamışdı.
“Onlara (İŞİD-in "Xorasan" qolunun üzvlərinə - red.) Rusiyada mühüm əməliyyata hazırlaşmaq əmri verilmişdi... İranda həbs olunan terrorçulardan biri (qrupun bəzi üzvlərinin Rusiyaya getdiyini bildirib”, – deyə adı açıqlanmayan ikincisi mənbə vurğulayıb.
Reuters-in məlumatına görə, yüksək səviyyəli təhlükəsizlik məmuru olduğu iddia edilən üçüncü mənbə deyib: “İranın özü də illərdir terror hücumlarının qurbanı olduğundan, İran rəsmiləri həbs edilmiş terrorçulardan əldə etdiyi məlumat əsasında Moskvanı xəbərdar etmək öhdəliyini yerinə yetiriblər" .
Telegram kanalımız