İdmançıların törətdiyi hadisə ilə bağlı TƏFƏRRÜAT - Zərərçəkən mayor imiş

saytların hazırlanması

Evə çatdırılma

İdmançıların törətdiyi hadisə ilə bağlı TƏFƏRRÜAT - Zərərçəkən mayor imiş

Kriminal

05 Yanvar 2025 16:56 3570


Yanvarın 4-də gecə saatlarında paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində törətdiyi insidentlə bağlı təfərrüat məlum.

Yenisabah.az Prosport.Az-a istinadən xəbər verir ki, insident nəticəsində zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar İdman ustası Fuad Zeynalov olub. Hadisə Xətai Rayon Prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib. O, restorandan çıxarkən sözügedən şəxslər ona hücum edib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər, Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıb. pizza sifarişi

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov kikboksinq məşqçisi işləyirlər. Elvin Məmmədov isə boks müəllimidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!