II Qaregin Qarabağdan DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

II Qaregin Qarabağdan DANIŞDI

Dünya

02 Sentyabr 2024 14:58 3487


“Erməni xalqı “Dağlıq Qarabağın Müstəqillik Gününü” qeyd etməyə davam edir, çünki zorakılıq heç bir şəkildə yaddaşı silməyə və ədalətin səsini boğmağa qadir deyil”.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosu II Qareginin müraciətində deyilir.

Dini lider əlavə edib:  Marqarita pizza

““Dağlıq Qarabağın işğalı” və “tam ermənisizləşdirilməsi” şəraitində ermənilər bu tarixi qeyd edirlər, çünki Dağlıq Qarabağ keçmişdə deyil. Bu, erməni xalqının min illər boyu yaşadığı tarixi vətəndir. Hazırkı tarix həm də beynəlxalq ictimaiyyəti ədalətin və həqiqətin təntənəsi naminə, Dağlıq Qarabağ ermənilərinin pozulmuş hüquqlarının müdafiəsi, çoxəsrlik mədəni-mənəvi dəyərlərin qorunub saxlanılması naminə səmərəli səylər göstərməyə çağırışdır”.

Katolikos “Dağlıq Qarabağın Müstəqillik Gününü” soyqırım, etnik təmizləmə və ksenofobiya siyasətinə qarşı ədalətli etiraz hesab edir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!