İki müsəlman dövlətinin liderləri razılaşdı - İrana qarşı ŞOK ANLAŞMA

saytların hazırlanması

Evə çatdırılma

İki müsəlman dövlətinin liderləri razılaşdı - İrana qarşı ŞOK ANLAŞMA

Siyasət

13 İyul 2021 14:36 1708


Səudiyyə Ərəbistanı və Oman İranın nüvə və raket proqramlarına qarşı əməkdaşlıq məsələsində razılığa gəlib.

Yenisabah.az xəbər verir ki, Oman Sultanı Heysəm bin Tariqin Səudiyyə Ərəbistanına səfərindən sonra iki ölkə birgə açıqlama verib.

Açıqlamada Səudiyyə Ərəbistanı və Omanın bölgəni qeyri-sabitliyə səbəb olan bütün fəaliyyətlərdən uzaqlaşdırmaq üçün İranın nüvə və raket proqramları ilə əlaqədar ciddi və təsiredici əməkdaşlıq barədə razılığa gəldikləri qeyd olunub. Pepperoni pizza

Qeyd edək ki, keçmiş Oman Sultanı Qabus bin Səidin ölümündən sonra, bu ilin yanvarın 11-də onu əvəz edən Heysəm bin Tariq ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Dünən iki günlük səfər üçün Səudiyyə Ərəbistanına gələn Sultan Heysəm Kral Salman bin Əbdüləzizlə görüşüb./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!