İkinci Üçtərəfli görüş İslamabadda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İkinci Üçtərəfli görüş İslamabadda keçiriləcək

Siyasət

27 İyul 2021 20:53 1075


Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşündə bildirilib.

İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb. Toyuqlu pizza

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü olub. Görüşdə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!