İlham Əliyev BMT Baş katibinə təbrik məktubu göndərib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev BMT Baş katibinə təbrik məktubu göndərib

Siyasət

22 İyun 2021 10:41 663


Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşi yenidən Baş katib vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Baş katib, Marqarita pizza

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir.

Əminəm ki, Sizin qarşıdakı fəaliyyətiniz bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin mühüm alət olaraq rolunun güclənməsinə xidmət edəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi və xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər diləyirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!