İlham Əliyev Moldova Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Moldova Prezidentini təbrik etdi

Siyasət

26 Avqust 2021 15:13 939


Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.

Yenisabah.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident, pizza

Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!