İlham Əliyevlə Paşinyanın Brüssel görüşü ləğv olundu - Son dəqiqə

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevlə Paşinyanın Brüssel görüşü ləğv olundu - Son dəqiqə

Siyasət

25 Oktyabr 2023 12:10 906


Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək. 

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. 

Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.  Dördpendirli pizza

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb. 

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib. 

Qeyd edək ki, Qaranada birgə görüş baş tutmayandan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və dəvəti ilə İ.Əliyev vəN.Paşinyanın oktyabrın sonunda Brüsseldə görüşünün keçirilməsi razılaşdırılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!