İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqlar salınacaq

saytların hazırlanması

Evə çatdırılma

İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqlar salınacaq

Sosial

10 Oktyabr 2024 14:14 497


İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqların salınması nəzərdə tutulur.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, Zəngilan rayonu ərazisində 55, Ağdam rayonu ərazisində 11, Cəbrayıl rayonu ərazisində isə 20 hektar (ha) yeni yaşıllıq sahəsi salınıb. pizza hut

Vüqar Kərimovun sözlərinə görə, hazırda Cəbrayıl rayonu ərazisində 30 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!