İlqar Məmmədov Məzahir Pənahova sataşdı:   “İşsiz qalıb“

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov Məzahir Pənahova sataşdı: “İşsiz qalıb“

Siyasət

21 Aprel 2021 10:37 656


“5 gündür ölkədə Mərkəzi Seçki Komissiyası yoxdur. Fasiləsiz işləməli olan dövlət orqanının səlahiyyətləri aprelin 15-də rəsmən başa çatıb, Məzahir Pənahov başda olmaqla onun bütün üzvləri işsizlər sırasına daxil olublar. Bəlkə də bəziləri artıq pensiyaçı kimi qeydiyyatdan keçir”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Siyasətçi Milli Məclisin növbəti-23 aprel iclasının gündəliyində MSK-nin yeni tərkibinin seçilməsinin hələ də yer almamasına diqqət çəkib:

“Dövlət öz rəsmi orqanını mövcud qaydalara uyğun şəkildə formalaşdıra bilmirsə, bəlkə onu başqa qaydalarla qursun? ATƏT və Avropa Şurası bu sahədə faydalı məsləhətlərini dəfələrlə təklif edib. Xarici yardıma ehtiyacınız varsa, dəvət edin, köməkləşin, bəlkə bir şey alındı”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!