İlqar Məmmədov uşaq pulundan danışdı:   “Hökumət susdu“

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov uşaq pulundan danışdı: “Hökumət susdu“

Siyasət

01 İyun 2021 15:12 998


“Uşaq pulu” mövzusunun sönməsini diqqətdən qaçırmayın, nəticə çıxarın. 2 il davam etmiş rəqəmsiz, amma fəal ictimai söhbətləri dinləyib REAL partiyası hesablama apardı və doğuma stimul verməkdən ötrü büdcədən ailələrə 1 milyard manatın “uşaq pulu” şəklində ayrılmasını təklif etdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“Cavabımızıhökumət verməli idi. Amma o, kənarda durdu. Əvəzində üstümüzə yalan və saxtakarlıqla dolu hücumları başqaları çəkdi. Sonda rəqəmə varanda hamı gördü ki, mümkün olanı ancaq REAL təklif edib. Həqiqətən, 25-28 milyard manatlıq büdcəsi olan dövlət “uşaq pulu” şəklində nə qədər xərcləyə bilər ki? Daha bu mövzuda kimsə dinmir. Təklifimizə hökumətin susmasından, başqalarının isə od-alov püskürüb sonda bütövlükdə “uşaq pulu” mövzusundan imtina etməsindən nəticələrinizi çıxarın”,-deyə siyasətçi əlavə edib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!