İlyas İsmayılov 10 noyabr sazişindən danışdı:   “Əgər biz Xankəndini tutsaydıq...“

saytların hazırlanması

Evə çatdırılma

İlyas İsmayılov 10 noyabr sazişindən danışdı: “Əgər biz Xankəndini tutsaydıq...“

Siyasət

05 Avqust 2021 16:19 49184


“Əvvəla, Qarabağdakı Rusiya sülhməramlı ordu birləşməsinin fəaliyyətinə qiymət verməyimiz bir az çətindir. Çünki bilavasitə  Qarabağ və ya Laçın ərazilərində olub onların gördüyü işləri öz gözümüzlə müşahidə etməmişik.  Amma ümumi rəsmi və qeyri-rəsmi xəbərlər əsasında gəldiyimiz nəticələri söyləmək olar”.

Yenisabah.az xəbər verir ki, bu fikri Moderator.az-a açıqlamasında bu günlərdə  Qarabağ və Laçın dəhlizində rəsmən sülhməramlı kimi yerləşməsinin 9 ayı tamamlanacaq Rusiya hərbi kontingentinin fəaliyyətinə münasibət bildirən sabiq Baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov söyləyib. 

“Rusiya hərbi birləşmələrinin sülhməramlı kimi gəlib Laçın və Qarabağ ərazilərində yerləşməsi bizim xoşumuza gəlməsə də, yəqin ki, buna məcbur idik. Odur ki, Qarabağda atəşkəsin ciddi şəkildə pozulmasının qarşısını aldıqları üçün Rusiya hərbi kontingentinin varlığını hələlik müsbət qarşılamalıyıq. Düzdü, belə olmasa, daha yaxşı olardı. Amma görünür, regiondakı real durumda başqa cür də ola bilməzdi... Əgər biz gedib Xankəndini tutsaydıq, aləm bir-birinə dəyərdi. 44 günlük müharibə boyu və 10 Noyabr razılaşmasından bəri təkcə Fransanın özünü Azərbaycan və Türkiyəyə qarşı necə apardığı göz qabağındadır... Və hesab edirəm ki, yalnız Şuşanın alınmasını nəzərə alsaq, böyük qələbə qazanmışıq. Bir neçə rayon qan tökmədən azad edilib.  Bunlar  böyük uğurdur. Maksimalist olmağa dəyməz,  inanıram ki, zaman-zaman hər şey biz deyən kimi olacaq. Bir az səbirli olmaq gərəkdir”-  deyə açıqlamasının davamında keçmiş Baş prokuror bildirib.  Dördpendirli pizza

Həmsöhbətimiz “Qarabağa sülhməramlı qismində  Rusiyanın yox, məsələn, Fransa da daxil olmaqla “demokratik dünya” deyilən Avropa ölkələri və ABŞ-ın birləşmiş qüvvələri gətirilsəydi,  sizcə, vəziyyət daha çox bizim xeyrimizə olardı?” sualını da cavablandırıb.

“Yox, yox...  Həmin ölkələrin heç birinin hərbçilərinin Azərbaycan torpağına gəlməsi lazım deyil. Onlardan heç biri gəlməsə, yaxşıdır. Amerika getdi, İraqı, Əfqanıstanı nə günə qoydu? Xaraba qoydu həmin ölkələri... Fransa Liviyaya getdi, nə etdi, ölkəni darmadağın etdilər” - deyə İlyas İsmayılov münasibətini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!