Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxtın Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İmişli rayon sakini Qasıməli Qasımov tutaraq istintaqa təqdim edib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Telegram kanalımız