İmişlidə qanvermə aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə qanvermə aksiyası keçirildi

Sosial

04 Oktyabr 2024 22:57 714


İmişli rayonunda “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun mərkəzi xəstəxanasının binasında təşkil edilən aksiyada İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər.

Mərkəzi Qan Bankının həkim briqadası xəstəxananın tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 100-ə yaxın könüllü donordan qan götürülüb. Dördpendirli pizza

Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!