Pakistanın Baş naziri İmran Xan Nazirlər Kabinetini istefaya göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin informasiya və yayım üzrə dövlət naziri Fərrux Həbib "Twitter" səhifəsində yazıb.
O bildirib: "Baş nazir Konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək. Nazirlər Kabineti buraxılıb". pizza
Bazar günü səhər saatlarında Pakistanın Baş naziri İmran Xan prezidentdən parlamenti buraxmağı xahiş etdiyini bildirib. Onun açıqlaması parlamentin bugünkü iclasına sədrlik edən Milli Assambleyanın vitse-spikeri Qasim Surinin Xana etimadsızlıq səsverməsini rədd edərək bunu konstitusiyanın 5-ci maddəsinə zidd adlandırmasından bir neçə dəqiqə sonra gəlib.
Telegram kanalımız