İmran Xana yeni ittiham irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

İmran Xana yeni ittiham irəli sürüldü

Dünya

27 Fevral 2024 16:19 646


Pakistanın keçmiş baş naziri İmran Xan və xanımı Buşra Bibi hökumət başçısı vəzifəsində çalışarkən rüşvət olaraq torpaq almaqda ittiham olunublar.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, ittiham 2018-ci ildə “Al-Qadir Trust” xeyriyyə təşkilatının yaradılması ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu QHT inşaat şirkətindən rüşvət kimi torpaq almaq üçün örtük olub.

71 yaşlı siyasətçi başqa cinayətlər törətməkdə şübhəli bilinərək 2023-cü ilin avqustundan həbsdədir. Bundan əvvəl Pakistan məhkəməsi İmran Xan və Buşra Bibi korrupsiya və xarici hədiyyələrə görə 14 il həbs cəzasına məhkum etmişdi. Dominos pizza

Keçmiş baş nazir və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi də dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum ediliblər.

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!