İnam Kərimov bu hakimləri təqaüdə yolladı - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov bu hakimləri təqaüdə yolladı - FOTO 

Sosial

22 Dekabr 2023 12:04 551


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuranın sədri İnam Kərimov çıxışında məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb. 

Bu barədə Yenisabah.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib. 

Bildirilib ki, iclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Marqarita pizza

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılıb.

Eyni zamanda, təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı, fəxri fərman və fəxri döş nişanı ilə təltif ediliblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!