İnam Kərimov Göygöl şəhərində vətəndaşları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov Göygöl şəhərində vətəndaşları qəbul etdi

Siyasət

26 Oktyabr 2023 18:50 499


Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 26-da Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Göygöl şəhərində vətəndaşları qəbul edib.

Yenisabah.az xəbər verir ki, qəbulda hər bir vətəndaş dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə izah verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində İnam Kərimov yerli məhkəmə orqanlarının iş şəraiti ilə tanış olub, hakimlərlə görüş keçirib. Marqarita pizza

Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar diqqətə çatdırılıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!