“İqlim dəyişikliyi ilə bağlı məsələlər insanlarda psixoz halı yaradıb”

saytların hazırlanması

Evə çatdırılma

“İqlim dəyişikliyi ilə bağlı məsələlər insanlarda psixoz halı yaradıb”

Sosial

07 Oktyabr 2024 16:49 995


“İqlim dəyişikliyi ilə bağlı məsələlər insanlarda psixoz halı yaradıb. Sanki dünya dağılır, qlobal istiləşmə dünyanı məhv edəcək. Qətiyyən elə bir şey yoxdur. Narahat olmağa dəyməz. Sadəcə ətraf ümhitə həssaslıq artmalıdır”.

Bu fikirləri iqlim dəyişikliyinin ölkəmizə təsiri haqqında “Yeni Sabah”a danışan ekoloq Qorxmaz İbrahimli deyib.

O qeyd edib ki, yaşıl təbiətə, meşə zolaqlarının salınmasına diqqət yetirilməli, su qaynaqları düzgün istifadə olunmalıdır: pizza hut

“Xüsusən, bitkiçilikdə, kənd təsərrüfatında. Məsələn, Rusiyaya tərəvəz, satırıq. Bu kimi şeylərdən yavaş-yavaş imtina etmək lazımdır. Millətimizin, torpağımızın qədrini bilməliyik. Həmin torpaqlar millətin qidalanması üçün daha çox istifadə edilməlidir. İxracata hazır sənaye məhsullarını satmaq yaxşıdır.

Müəyyən fəsillərdə mövsümi meyvələr satmaqla həm olan məhsulumuzu, həm də torpağı müxtəlif gübrələrlə məhv edirik, başqa bir formada sıradan çıxarırıq.

Biz subtropik iqlim qurşağında yaşayırıq. Hazırda payız fəslinə keçid müşahidə olunur. Bu fəsil 10 il bundan qabaq necə idisə, indi də elədir. Bakıya böyük bir ərazi kimi yanaşsaq da, onun yerləşdiyi yer səhradır. Yəni Bakı Xəzər dənizinin səhra zonasında yaradılan bir şəhərdir. İndi isə artıq neçə milyonluq şəhərə çevrilib. Biz hər şeyi burada yağışın yağıb-yağmaması ilə hesablayırıq. Betonlaşmanı nəzərə almırıq. Bu amil quraqlıq yaradır”.

Ekspert heç bir qorxulu halın olmadığını vurğulayıb:

“Qlobal iqlim dəyişikliyinin baş verməsi son bir neçə ildə olmayıb. Milyon illərdir ki, dünyada iqlim dəyişikliyi gedir. Sadəcə sənayeləşmə dövründə proses daha da sürətləndi. Ancaq elə də ciddi dəyişiklik yoxdur. Hələ ki vəziyyət o dərəcəyə çatmayıb. İndi istiləşmə dövrünü yaşayırıq. Bəlkə 500 il sonra soyuma dövrü gələcək.

Yaşadığımız ərazi vaxtilə suyun altında, bura okeanın bir parçası olub. Zamanla bu dəyişilib və təbiət öz işini görüb. Təbiətə ən çox zərər verən isə insandır”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!