Ötən ilin avqustunda keçmiş Əfqanıstan prezidenti Əşrəf Qani rejiminin devrilməsi zamanı İrana göndərilmiş hərbi texnika Əfqanıstana qaytarılıb.
Yenisabah.az "Ariana News"a istinadla xəbər verir ki, avtomobil, hərbi texnika, silah və sursat daşıyan yük maşınları karvanı İslam-Qala keçid məntəqəsi vasitəsilə İrandan Əfqanıstan ərazisinə keçib. Geri qaytarılan bütün əmlak Qəndəhar vilayətində yerli hakimiyyət orqanlarına təhvil verilib.
Bu, İranın Əfqanıstanın keçmiş hökuməti devrilməsindən sonra ona qaytardığı ilk maşın və hərbi texnika partiyasıdır. Sezar pizza
Telegram kanalımız