İran İsrailə əyani xəbərdarlıq göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İran İsrailə əyani xəbərdarlıq göndərdi

Dünya

21 Aprel 2022 17:06 448


Tehran İsrailin nüvə silahı anbarlarının şəkillərini və koordinatlarını bir Avropa ölkəsi vasitəsilə Təl-Əvivə göndərib.

Yenisabah.az "Əl-Cəzirə" telekanalına istinadla xəbər verir ki, bu barədə anonim qalmaq istəmiş bir mənbə məlumat yayıb.

Onun sözlərinə görə, şəkillərin əksəriyyəti peykdən deyil, yerdən çəkilib və İsrailin silah anbarlarının divarlarına qırmızı işarə qoyulub. Toyuqlu pizza

“Tehran vurğulayıb ki, əgər İsrail İranla müharibə etmək qərarına gəlsə, bu anbar və obyektlər İranın hədəfi olacaq, - deyə mənbə əlavə edib. - İsrail artıq anbarların strateji yerini dəyişib, ancaq bu fayl yeni anbarların da yerini ehtiva edir".

Xatırladaq ki, bir neçə gün əvvəl İran prezidenti İbrahim Rəisi Ordu Günü mərasimində çıxışı zamanı xəbərdarlıq edib: “Əgər İsrail tərəfindən İrana qarşı ən kiçik bir hərəkət olarsa, sionist rejimin mərkəzi silahlı qüvvələrimizin hədəfi olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!